Dünən TRT-də 8 şöbə müdiri vəzifədən azad edilib.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, vəzifədən azad edilənlərin içində baş nazir Numan Kurtulmuşun TRT baş katibliyinə gətirdiyi Bünyamin Korkmaz da var. Keçən həftə istefa vermiş rəhbər Şenol Gökanın xüsusi müxbiri Alpər Altuğ Kösərlinin də adı bu siyahıda var.
Siyahıda həmçinin aşağıdakı adamların da adları yer alıb:
Təftiş kabineti şöbəsinin müdiri Bayram Ali Ertem
Mühasibatlıq və maliyyə şöbəsinin müdiri Musa Altun
Studiya və proqram şöbəsinin müdiri Yusuf Yıldırım
Satış şöbəsinin müdiri Yakup Özmen
Radio şöbəsinin müdiri Amber Türkmən
Xarici əlaqələr şöbəsinin müdiri Çağlar Tankur Yürümez
Yeniçağ.Az