TRT “Euronews”un səhmlərindən imtina etdi

Türkiyənin TRT kanalı “Euronews”la əməkdaşlığa son qoyub.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, TRT-nın “Euronews”un səhmlərindən imtina etməsi haqqında qərar “Rəsmi qəzet”də dərc olunub.

Məlumata görə, TRT 2010-cu ilin yanvarında “Euronews”un türk dilində yayıma başlaması şərti ilə 2009-cu il fevralın 27-də imzalanmış müqavilə ilə “Euronews” səhmlərinin 15,7 faizini almışdı. Bu müqavilənin təsdiqlənməsi ilə TRT “France Televisions”, RAI (İtaliya) və RTR-dən (Rusiya) sonra “Euronews”un ən böyük 4-cü səhmdarı olmuşdu.
“Rəsmi qəzet”in bu günki sayında TRT-nin “Euronews”la əməkdaşlığına son qoyulmasi ilə bağlı Nazirlər Kabinetinin qərarı dərc edilib.

Yeniçağ.Az