TRT-nin baş direktoru “Çingiz Aytmatov” qızıl medalı ilə təltif olundu

TRT-nin (Türkiyə Radio və Televiziyası) baş direktoru İbrahim Eren türk dünyasının mədəniyyətinin təbliğində böyük işlər gördüyüne göre Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təsis etdiyi “Çingiz Aytmatov” qızıl medalı ilə təltif olunub.

Təqdimat mərasimi Ankarada TÜRKSOY-un mənzil qərargahında tanınmış yazıçı və şairlərin, elm və mədəniyyət xadimlərinin iştirakı ilə keçirilib.

Əvvəlcə TÜRKSOY-un fəaliyyətini, ardınca isə TRT AVAZ kanalının türk dünyası ilə bağlı hazırladığı film nümayiş olunub.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov baş direktorun məqsədyönlü fəaliyyətini yüksək dəyərləndirib. Bildirib ki, onun rəhbərliyi ilə TRT türk dünyasının mədəniyyətinin təbliğində böyük işlər görür.

Təltif olunduğu medalı daşımaqdan qürur duyduğunu ifadə edən İbrahim Eren TRT-nin bundan sonra da türk dünyasına əzmlə xidmət edəcəyini söyləyib.

TRT olaraq Sovet İttifaqının dağıldığı 1990-cı illərin əvvəlindən etibarən Türküstan və Türk-İslam coğrafiyasında nümayəndəliklər istifadəyə verdiklərini xatırladan Eren TRT-nin buralara töhfəsinin qurumun əsas məqsədlərindən biri olduğunu vurğulayıb.

TRT-nin son illərdə 14 televiziya və 16 radio kanalı ilə dünyanın ən böyük bir yayımçısı olduğunu söyləyən Eren TRT Avaz kanalının isə qurulduğu gündən Türk dünyasına töhfə verməyi hədəflədiyini bildirib.

TRT-nin daimi olaraq əməkdaşlıq etdiyi TÜRKSOY-un Türk dünyasının dilinə, mədəniyyətinə və sənətinə verdiyi töhfələrin əvəzsiz olduğunu ifadə edən Eren “Türküstan coğrafiyası ilə Anadolu arasındakı əlaqəni canlandırmaq və xatirələri gücləndirmək üçün həm proqramlar, həm seriallar, həm də sənədli filmlər hazırlayırıq və bunu davam etdirəcəyik.” deyib.

TÜRKSOY baş katibi Prof. Düsen Kaseinov da TÜRKSOY-un əcdadlardan qalan zəngin mədəni irsini davam etdirərək, dünyaya tanıtmaq və gələcək nəsillərə ötürmək üçün fəaliyyətlərini davam etdirdiyini söyləyib.

Kaseinov TRT-nin TÜRKSOY-un fəaliyyətini hər zaman dəstəklədiyini vurğulayıb.

Çıxışdan sonra Kaseinov İbrahim Erenə medal və Cengiz Aytmatov albomunu təqdim edib.