TRT-nin başına o məşhur isim gətirildi – FOTO

TRT Baş direktor vəzifəsinə hazırda qurumun baş direktor müavini vəzifəsini icra edən İbrahim Eren təyin olundu. Yenicag.az xəbər verir ki, təyinat prezident Ərdoğan tərəfindən təsdiqləndi və Rəsmi Qəzetdə yayımlandı. 

TRT baş direktorluğu üçün namizədliyi irəli sürülən 56 şəxsdən biri olan İbrahim Eren bu təyinatla kanalın 17-ci başqanı oldu.

Türkiyənin ən məşhur serialları arasında yer alan “Diriliş Ertuğrul”, “Payitaht Abdulhamit”, “Filinta”,  “Sevda kuşun kanadında”, “Seddülbahir 32 saat”, “Büyük sürgün Kafkasya” kimi milli proyektlərə imza atan Eren Türkiyənin ilk beynəlxalq xəbər kanalı olan “TRT World”ü qurdu. 

Yenicag.az