TRT-nin keçmiş aparıcısı Türkiyədən qaçarkən həbs edilib

Türkiyənin TRT telekanalının barəsində axtarış elan edilən keçmiş diktoru Həmzə Günerigök Yunanıstana qaçmağa çalışarkən həbs edilib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumatına görə, Edirnə vilayətinin Meriç qəsəbəsində əsgərlər yoxlama apararkən qadağan olunmuş bölgədən Yunanıstana keçmək istəyən bir nəfəri saxlayıblar. Araşdırma zamanı saxlanılan şəxsin Ankara prokurorluğu tərəfindən barəsində həbs qərarı verilən keçmiş xəbər aparıcısı olduğu müəyyən edilib. Həmzə Günerigökün üzərindən 5200 dollar aşkarlanıb.

Keçmiş diktor məhkəməyə aparılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. O, FETÖ terror təşkilatına üzv olmaqda təqsirləndirilir.

Yeniçağ.Az

COP29