TRT-nin Myanmadakı komandası saxlanıldı

Myanmada “TRT World”un 4 müxbiri polis tərəfindən saxlanılıb.

Yenicag.az Anadolu agentliyinə istinadən xəbər verir ki, müxbirlərin Myanmaya icazəsiz dron qurğusu gətirdikləri bildirilib. Onlar paytaxt Nepidoda parlament binasını dron vasitəsilə çəkiblər. Bundan sonra isə polis müxbirləri saxlayıb.

Müxbirlər idxalat-ixracat qanununu pozmaqda təqsirləndirilirlər.