TRT-yə hücum əmirini verən komandirlər tutludu

147025257666Türkiyədə iyulun 15-də TRT telekanalına hücum və Boğaziçi körpüsündə xalqa atəş açılması əmirini verən komandirlər saxlanılıb.

Uğursuz hərbi çevriliş cəhddən sonra axtarışda olan polkovniklər Nebi Cazneli və Müslüm Kaya Konyanın Selçuklu rayonunda xüsusi təyinatlı polislər tərəfindən saxlanılıb.

Məlumata görə, onlar Misirə getməyi planlaşdırırmışlar.