“TRT”nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib

“TRT”nin Bakı təmsilçisi Yıldıray Arslanın vəzifə müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk etməyə hazırlaşır.

Yenicag.az xəbər verir ki, 3 ildən bu yana Azərbaycanda fəaliyyət göstərən Yıldıray Arslan Azərbaycanın problemlərini, iqtisadi durumunu, mədəniyyətini, ədəbiyyatını hazırladığı yüzdən çox xəbər və proqramlarla “TRT” kanallarından dünyaya çatdırıb. Y. Arslan Qarabağ müharibəsini, cəbhə xəttindəki olayları dünyaya çatdıran ilk türkiyəli jurnalistlərdən biridir. Ulu öndər Heydər Əliyevdən ilk müsahibəni o illərdə məhz Y. Arslan almışdır.

O, oktyabr ayında Türkiyəyə qayıdacaq.

“TRT” Bakı təmsilçiliyinin rəhbəri vəzifəsinə Murat Akkoç təyin edilib. M.Akkoç uzun müddət “TRT AVAZ” Kanal Koordinatoru olaraq fəaliyyət göstərərək Azərbaycan həqiqətlərinin “TRT AVAZ” kanali vasitəsi ilə Dünyaya çatdırılmasında müstəsna xidmətləri vardir.(Hafta.az)

COP29