ABŞ-da prezident seçkiləri yarışında müsəlmanlara qarşı çirkin sözləri ilə diqqət çəkən prezidentliyə namizəd Donald Trumpun övladları ona səs verməyəcək. Yenicag.az ABC-yə istinadən xəbər verir ki, ilkin seçim öncəsi Respublikaçılar Partiyasının namizədinin oğlu Eric və qızı İvankanın səs vermək üçün qeydiyyat üçün nəzərdə tutulan müvafiq zamanı qaçırıblar.
Bu barədə açıqlama verən Trump “Özlərini çox pis hiss edirlər. Qanunlardan xəbərləri yox idi və zamanında səs vermək üçün qeydiyyatdan keçməyiblər” deyib.
Trump bundan öncə ABŞ-ın Çində istehsalla məşğul olan böyük şirkətlərinə qarşı ittihamlar irəli sürmüşdü. Fəqət qısa müddət sonra öz qızı İvankanın Çində şərf istehsal etdiyi üzə çıxmış və bu Amerika ictimaiyyətinin ciddi etirazına səbəb olmuşdu.
Yenicag.az