Trumpun həyatındakı 8 gözəl qadın

trump-women-1459805515ABŞ-ın yeni prezidenti Donald Trump dünyanın haqqında ən çox danışılan lideridir. Skandal açıqlamaları ilə yanaşı onun həyatındakı qadınlar da uzun müddətdən bəri müzakirə mövzusudur.

Trumpun həyatında özəl yeri olan səkkiz qadın haqqında bilgilər isə aşağıdakılardır.

 1- Ivana Trump

Yeni ABD başqanının 1977-1991-ci illərdə evli olduğu Ivana Trumpdan üç uşağı var. İş həyatında “nümunəvi ailə” adlandırılan Donald-İvana cütlüyünün dağılmasına Maria Mapleslə hazırki prezidentin eşq macəraları səbəb oldu. İvana Donaldın mal-dövlətinin yarısını alıb, boşandı.

 2- Gabriela Sabatini

Donald Trump 1989-cu ildə İvana Trump ilə evli olduğu zaman həm də Gabriela Sabatini ilə eşq yaşayırdı. Ancaq bir neçə ay sonra ayrıldılar.

 3- Carla Bruni

Fransanın sabiq prezidenti Sarkozinin həyat yoldaşı Carla Bruni 1991-ci ildə Donald Trump ilə yaşamağa başladı. Trumpun həmin vaxt həm də Marla ilə yaşaması və Bruninin bunu qısqanması bu münasibətin sonu oldu. Bruninin Trumpa psixoloji təzyiq etməsi gözəlçənin öz başında çatladı.

 4- Rowanne Brewer

Trump və Brewer 1993-cü ildə bir yeni il partisində tanış olmuşdular. Bir müddət eşq yaşayan ikilinin ayrılmalarının səbəbi hər hansısa anlaşmazlıq deyil, işlərinin və proqramlarının bu münasibəti davam etdirmək üçün əlverişli olmaması göstərilir.

 5- Marla Maples

Trump və Marlanın evliliyi 6 il davam etdi. İvana ilə evliykən tanış olduğu 21 yaşlı marla ilə 93-cü ildə evlənən Donaldın ondan Tiffany adlı qızı dünyaya gəldi. Altı il sonra isə boşandılar.

 6 – Allison Giannini

1998-ci ildə Trump Marla ilə evli ikən adı Allison Giannini ilə birlikdə hallanmaqdaydı. Donald onunla da eşq macəraları yaşayırdı.

 7- Kara Young

2001-ci ildə Donaldın adı həm Kara Young, həm də yazar A.J. Benza ilə birlikdə çəkilirdi. Radio proqramına qatılan Trump ikisi ilə də ayrıldığını bildirərək, belə bir münasibətin varlığını təsdiqləmişdi.

 8- Melania Trump

Trumpun hazırkı həyat yoldaşı Melanie ilə Nyu Yorkda 1998-ci ildə tanış olsa da, 2005-ci ildə evləndilər. Bir moda həftəsində tanış olan cütlüyün 2006-cı ildə Barron adlı oğulları dünyaya gəldi.

Yenicag.az bu yazını Choceorlife.com saytının materialları əsasında hazırlayıb.