TSQ-dan əməliyyat: 75 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatları nəticəsində PKK terror təşkilatının 75 üzvünü zərərsizləşdirib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının 2019-cu ilin yanvar ayına olan hesabatında qeyd edilib.

Əməliyyatlar zamanı bir türk hərbçisi həlak olub, daha 3 əsgər yaralanıb.

Həmçinin terrorçularla əlaqədə şübəhli bilinən 350 nəfər saxlanılıb. Onlardan 108-i həbs olunub.

COP29