TSQ-dan MİT ilə birlikdə uğurlu əməliyyat – 17 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri ilə Türkiyə Milli Təhlükəsizlik Xidməti (MİT) İraqın şimalında yerləşən Qara bölgəsində birgə əməliyyat keçirib. 

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava hücumu nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib.

Bu gün ərzində keçirilən əməliyyatlar zamanı toplam 17 terrorçunun zərərsizləşdirildiyi qeyd edilib.