Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

TSQ-dən Bakının azad edilməsinin 100-cü ildönümü ilə bağlı VİDEOÇARX

Türkiyə Silahlı Qüvvələri Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü ilə bağlı videoçarx hazırlayıb.

Yenicag.az xəbər verir ki, video Türkiyə Silahlı Qüvvələrinin rəsmi “Tvitter” səhifəsində paylaşılıb.

Videoçarxda Azərbaycan və Türkiyə ordularının əzəməti əks olunmaqla yanaşı, Bakının azad edilməsi ilə bağlı Azərbaycan xalqına təbrik də ünvanlanıb.

Qeyd edək ki, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür. 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.

Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Aradan uzun illər keçsə də, türklər tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayıb, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanıb və xatırlanacaq.

www.yenicag.az

1656
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS