TSQ-dən uğurlu əməliyyat – 3 terrorçu zərərsizləşdirildi

Türkiyə silahlı qüvvələri daha üç terrorçunu zərərsizləşdirib. 

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

İraqın şimalında davam etdirilən “Pəncə” əməliyyatı çərçivəsində PKK terror təşkilatına aid mövqelərə zərbə endirilib.

Bundan başqa, terror təşkilatına məxsus silah-sursat anbarı və sığınacaqlar dağıdılıb.