Türkiyənin Suriyanın şimalında davam edən “Barış Pınarı” əməliyyatları çərçivəsində önəmli strateleji nöqtə sayılan Darbasiyah qəsəbəsi nəzarətə alınıb.
Yenicag.az xəbər verir ki, qəsəbənin ələ keçirilməsi ilə terrorçuların təhcizat yolu bağlanmış sayılır.
PKK/YPG terrorçuları bu yol vasitəsiylə silah-sursatları Rasulyan bölgəsinə daşıyıb. Bununla da Rasulyan bölgəsindəki bütün terrorçuların silah dəstəyi kəsilmiş olur.
Həmçinin, əməliyyatlar aparılan bölgədə 8 kənd terrorçu ünsürlərdən təmizlənib.
Həşim Səhrablı