Türkiyə ordusu İraqın şimalında PKK silahlılarına qarşı antiterror əməliyyatı keçirib.
Yenicag.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Əməliyyat zamanı 2 PKK terrorçusu zərərsizləşdirilib. Qeyd olunub ki, onlar Türkiyənin hərbi bazasına hücuma etməyə hazırlaşırmış.
Hava əməliyyatı zamanı həmçinin terrorçuların anbarı və sığınacağı da məhv edilib.