Türkiyə Silahlı Qüvvələri Iraqın şimalında terrorçu qruplaşmaların sığıncaq kimi istifadə etdiyi Sincar və Karacak dağlarına havadan zərbələr endirib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.
“PKK/KCK/PYD/YPG kimi terror ünsürlərini məhv etmək, Iraqın şmalında yaşayan insanların təhlükəsizliyini təmin etmək, sərhədlərin təhlükəsizliyini təmiz etmək məqsədiylə BMT-nin 51-ci qətnaməsinə uyğun olaraq havadan hücumlar təşkil etdik” – deyə nazirliyin məlumatında bildirilib.
Əməliyyat nəticəsində terrorçulara aid sığıncaqlar dağıdılıb. Sivillərin zərər görmədiyi deyilib.
“Türk Silahlı Qüvvələri keçmişdə olduğu kimi, bu gün də ölkəmizin və xalqımızın təhlükəsizliyi üçün ona verilən vəzifəni yerinə yetirmək üçün hazırdır” – deyə vurğulanıb.