TSQ Şırnakda əməliyyatları intensivləşdirir – 3 əsgər şəhid oldu

Şırnakda PKK-ya qarşı əməliyyatlar davam etdirilir. 

Yenicag.az xəbər verir ki, Silopi bölgəsində baş verən qarşıdurma zamanı 3 Türkiyə Silahlı Qüvvələri əsgəri şəhid olub, daha biri yaralanıb.

Şırnakda sahibkarları müdaafiə etmək məqsədi ilə başladılan “Şəhid GK Süleyman Tosun” adlı əməliyyat çərçivəsində təhlükəsizlik qüvvələri və terrorçular arasında kəskin qarşıdurmalar davam edir.

Bir terrorçu zərərsizləşdirilib.