TSQ təyyarələrdən Kürt xalqına yazılı müraciət etdi – “Terrorçulardan uzaq durun” – FOTO

Türkiyə qırıcıları Türkiyə Silahlı Qüvvələrinin əməliyyat keçirdiyi Telabyad bölgəsində Ərəb və Kürt dillərində müraciət edib. 

Yenicag.az xəbər verir ki, müraciətdə sakinlərin PKK/YPG terrorçularından uzaq durmaları və təhlükəsiz ərazilərə keçməsi istənilib.

Müraciətdə həmçinin əməliyyata dəstək olmaq üçün terrorçuların gizləndiyi nöqtələrin bildirilməsi də xahiş edilib.

Qeyd edək ki, müraciət təyyarələrdən yazılı mesajlar atılması yolu ilə edilib və xalqı terrordan qorumaq məqsədini daşıyır.

Həşim Səhrablı