!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tu-154”-dün düşdüyü yerdə yeni meyitlər tapıldı

!Reklam – Yazi

spasateli_261216Rusiyanın Qara dənizə düşmüş “Tu-154” təyyarəsinin xeyli sayda yeni fraqmentləri və qurbanların cəsədlərinin qalıqları aşkarlanıb.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə güc strukturlarından bildirilib.

“Eni 2,5-5 metr, uzunluğu isə 200 metr olan sahədə təyyarənin xeyli sayda yeni fraqmentləri və qurbanların cəsədlərinin qalıqları aşkarlanıb”, – deyə mənbə bildirib.

Onun sözlərinə görə, təyyarənin üç fraqmenti sahildən 4,5 km aralıda, 20 metr dərinlikdə aşkarlanıb. Onlardan birinin uzunluğu 3 metr, digərinin 60 metr, üçüncünün isə 5 metrdir.

Qeyd edək ki, bundan əvvəl təyyarənin üç “qara qutusu” tapılıb.

Xatırladaq ki, dekabrın 25-də Suriyaya uçan Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Qara dənizə düşüb. Təyyarənin göyərtəsində 92 nəfər olub.

Yeniçağ.Az

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv