Tualet quyusu qazırdı, tarixi əsər tapdı – FOTO

Türkiyənin Adana şəhərində yaşayan Serkan Biçer adlı şəxs həyətində tualet quyusu qazmaq istəyərkən maraqlı mənzərə ilə qarşılaşıb.

Yenicag.az xəbər verir ki, bir metr dərinliyində quyu qazan 3 uşaq atası tarixi önəm daşıyan əsərə rast gəlib.

O, dərhal aidiyyatı qurumlara məlumat verib. Hadisə yerinə baxış keçirən arxeoloqlar Roma dövrünə məxsus 1600 illik mozaikalara rast gəliblər.

Loading...