Bakıda küçədə tüfeyli həyat tərzi keçirən şəxsin meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Xəstəxanayanı küçəsində baş verib.
Xəstəxanayanı küçəsi, ev 17-də yarımtikili evdə yaşayan 1969-cu il təvəllüdlü Cəfərov Bahadur Abbas oğlu yaşadığı evin yaxınlığında şəxsiyyəti məlum olmayan 50-55 yaşlı tüfeyli həyat tərzi keçirən naməlum kişi meyiti tapıb.
O, dərhal meyiti 3 saylı Şəhər Kliniki Xəstəxanasına təhvil verib.
Polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib və meyit müayinə edilmək üçün məhkəmə tibb ekspertizası təyin edilib.
Hələlik meyitin şəxsiyyəti müəyyən edilməyib. (Trend)