Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə 19 may 2024-cü il tarixində Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu “Beşbarmaq Dağı”nda (Siyəzən rayonu, Qalaşıxı kəndi) təbiət qoynunda tədbir həyata keçirib.
Tədbirdə TÜİB üzvləri, Azərbaycan və Türkiyə iş adamları və şəhid ailələri iştirak edib.
Mustafa Kemal Atatürkün “İstikbal göklerdedir” sitatını örnək götürərək tədbir zamanı Beşbarmaq Dağından yamaç paraşütü uçuşları həyata keçirilib və uçuş zamanı Azərbaycan-Türkiyə bayraqları açılıb.
19 May 1919-cu ildə Qurtuluş Savaşı üçün ilk addımın atıldığı günün 105-ci ili münasibətilə təbiətin qorunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə sosial təşəbbüs olaraq Beşbarmaq Dağı ərazisində 105 fidan əkilib.
Tədbir çərçivəsində ailələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün iştirakçılar ebru sənəti ilə məşğul olub, uşaqlar əyləncəli zaman keçirərək çərpələng uçurub. Bununla yanaşı ox atma və sehirbaz göstəriləri həyata keçirilib.
Bəzi iştirakçılar yamaç paraşütləri ilə uçaraq Beşparmak dağının mənzərəsini quşbaxışı ilə izləmək imkanı qazanıblar.