Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

TÜİB Bakıda iftar məclisi təşkil etdi – FOTOLAR/VİDEO

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) üzvləri və qonaqlar üçün iftar yeməyi verib.

Yenicag.az xəbər verir ki, “Dreamland”da təşkil olunan iftar məclisinə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əhliman Əmiraslanov, Prezident Adminstrasiyasının nümayəndəsi Bəhruz Həsənov, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçisi Ufuk Turganer, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası idarə heyətinin sədri Səkinə Babayeva, Türkiyə səfirliyinin müşavirləri, hər iki ölkəni təmsil edən iş adamları və digər qonaqlar qatılıblar.

Səmimi ab-havada keçən iftar sürəsində iş adamları ikili biznes əlaqələrinin möhkəmləndirilməsi üçün müxtəlif məsələləri də müzakirə ediblər.

İftar süfrəsi tədbirində məşhur azərbaycanlı rəssam, dünyada ipək üzərində rəsm yaradan yeganə sənətkar, ipək üzərində “Qurani-Kərim”in müəllifi Tünzalə Məmmədzadənin sərgisi də keçirilib.

www.yenicag.az

2481