!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TÜİB Cocuq Mərcanlıda: Parkın açılışı və yeni tikilən fabriklə tanışlıq olub - FOTO

!Reklam – Yazi

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyi və “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə 2016-cı il Aprel döyüşlərindən sonra yenidənqurma işləri aparılan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər təşkil edilib.

Yenicag.az xəbər verir ki, səfərdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TÜİB sədri Hüseyin Büyükfırat, Türkiyə və Azərbaycandan çoxlu sayda şirkət rəhbərləri iştirak edib.

Səfər zamanı Cocuq Mərcanlı kəndindəki “Qayıdış” parkının açılışı həyata keçirilib. Parkda TÜİB tərəfindən müxtəlif atraksionlar quraşdırılıb və kənd uşaqlarının istifadəsinə verilib.

Bundan əlavə, Cocuq Mərcanlıya gələn qonaqlar suvenir fabrikinin tikintisi ilə tanış olublar. TÜİB sədri Hüseyin Büyükfırat fabrikin qarşısında “Cocuq Mərcanlı” loqosu və gələcəkdə görüləcək işlərlə bağlı iş adamlarını məlumatlandırıb. O bildirib ki, “Cocuq Mərcanlı” loqosunu dünya markasına çevirməyi qarşılarına məqsəd qoyublar:

“Suvenir fabrikində hazırlanacaq əşyalar Azərbaycan, Türkiyə və dünya bazarına “Cocuq Mərcanlı” loqosu ilə çıxarılacaq. Fabrikdə Cocuq Mərcanlı sakinləri ilə yanaşı cəbhə xəttində yaşayan insanlar da işlə təmin ediləcək”.

Bundan əlavə, Hüseyin Büyükfırat qeyd edib ki, artıq Türkiyənin məşhur bir tekstil firması ilə müqavilə bağlanılıb. Həmin firma “Cocuq Mərcanlı” loqosu ilə geyimlər istehsal edəcək.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında Cocuq Mərcanlını “böyük qayıdışın başlanğıcı” adlandırıb:

“Azərbaycanla Türkiyə qardaş dövlətlərdir. 2016-cı il Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi yenidən inşa edildi. Biz də Türkiyə dövləti olaraq buraya dəstək veririk. Bu gün övladlarımızın asudə vaxtının səmərəli istifadəsi üçün park açdıq. TÜİB-in maliyyə dəstəyi ilə suvenir fabriki tikilir. Biz qarşımıza məqsəd qoymuşuq ki, cəbhə xəttinə yaxın olan bölgələri inkişaf etdirək. Bunun üçün buraya Azərbaycanla yanaşı Türkiyədən də iş adamları dəvət etmişik”.

Cocuq Mərcanlıya səfər edən qonaqlar daha sonra Sabirabad rayonunun Qazanbatdı kəndinə, axıska türkləri ilə görüşə gediblər. Görüşdən sonra kənd sakinlərinə bayram sovqatları paylanılıb.

www.yenicag.az

3237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv