!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TÜİB-dən şəhid və qazi ailələrinə NÖVBƏTİ DƏSTƏK

!Reklam – Yazi

Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən əziz şəhidlərimizin xatirəsini hər zaman böyük ehtiram hissi ilə anır və yad edirik. Artıq birinci ildönümünü qeyd etdiyimiz şanlı zəfəri bizə bəxş edən rəşadətli ordumuza, müzəffər Ali Baş Komandana bir daha sonsuz minnətdarlığımızı bildiririk. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin şəhid və qazi ailələrinə göstərdiyi diqqət hər birimiz üçün örnək davranışdır.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə -Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) məlumat yayıb.

Məlumatda deyilir:

“TÜİB olaraq biz də şəhid və qazi ailələri ilə daim ünsiyyət saxlamağı, onları baş üstündə tutmağı özümüzün ən ümdə vəzifəmiz və borcumuz hesab edirik. Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birgə hazırladığımız “Qardaş ailə” layihəsi də məhz bu məqsədə xidmət edir. Layihə çərçivəsində DSMF əməkdaşları və TUİB nümayəndələri tərəfindən 44 şəhid ailəsi ziyarət ediləcək, ehtiyacı olanların sosial-rifah vəziyyətlərinin yaxşılaşdırlılması ilə bağlı tədbirlər görüləcək, şəhid ailələri ilə bir araya gəlinəcək, şəhid övladlarının Türkiyə Universitetlərində təhsil alması və digər məsələlər barədə addımlar atılacaq.

Bu layihə çərçivəsində 22 oktyabr 2021-ci il tarixində, saat 16.00-da İkinci Qarabağ Müharibəsi şəhidi Mayor Əhədzadə İlkin Qələmşah oğlunun ailəsi ziyarət ediləcəkdir. TÜİB olaraq həyata keçirdiyimiz “Tək Millət, Tək Ürək” Beynəlxalq Platforması
çərçivəsində biz də ölkə ərazisində geniş vüsət almış bu kimi nəcib təşəbbüsləri davam etdiririk. Şanlı Zəfərimizin elan edilməsindən bu günə kimi 2300 şəhid və qazi ailəsi ilə təmas qurmuş, bu və ya başqa formada öz qardaşlıq, vətəndaşlıq borcumuzu yerinə yetirməyə
çalışmışıq. Bu istiqamətdə uğurla həyata keçirilən dövlət siyasətinə az da olsa töhfə verməkdən qürur duyuruq.

Qarabağ Azərbaycandır!

Şəhidlər müqəddəslərimiz , Qazilər baş tacımızdırlar!

Onların övladları isə bizlərə əmanətdirlər!”

Qeyd edək ki, tədbirdə TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, Dövlət Sosial Müdafiə Fondu sədr
müavini iştirak edəcək.

 

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv