TÜİB-in yeni ofisini İlbər Ortaylı açdı – VİDEO

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TUİB) yeni ofisini Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və məşhur tarixçi alim İlbər Ortaylının iştirakı ilə təntənəli şəkildə açıb.

Açılış mərasiminə TÜİB üzvləri ilə yanaşı Şimali Kipr Respublikasının Azərbaycandakı səfiri Ufuk Turganer, Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı və digər ictimaiyyət nümayəndələri qatılıblar.

TÜİB sədri Hüseyin Büyükfırat yeni ofisin günü-gündən böyüyən təşkilat üçün bir zərurətdən irəli gəldiyini və üzv şirkətlərin də bu ofisin imkanlarından istədikləri zaman yararlana biləcəyini bildirib.

Qeyd edək ki, TÜİB-in yeni ofisi World Business Center, Səməd Vurğun küç., 43 (Heydər Əliyev Sarayının arxası) ünvanında yerləşir.

COP29