“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi”nin (TÜİB) rəhbəri Hüseyin Büyükfırat məşhur alman tarixçisi arxeoloq Harald Hauptmannın anım mərasmində iştirak etmək üçün Almaniyaya səfərə gedib.
Yenicag.az xəbər verir ki, tanınmış alman tarixçisi, Azərbaycan və Türkiyənin dostu, ordinarius-professor, arxeoloq Harald Hauptmann avqustun 2-də 82 yaşında dünyasını dəyişib.
Anım mərasiminə proqfessorun çalışdığı Almaniyanın Heydelberq Universitetinin rəhbərliyi, müəllimləri və tələbələri, tanınmış elm xadimləri və tarixçilər qatılıb. Mərasimdə Türkiyənin Münhendəki Baş Konsulunun müavini Şebnem Koçoğlu da iştirak edərək Türkiyəni təmsil edib.
Səfər zamanı N.Büyükfırat böyük tarixçinin yaşağıdı evi, məzarını ziyarət edib, onun ailə üzvləri il görüşüb, türkiyəli iş adamları adından başsağlığı verib.
Ailə üzvləri ilə görüşdə TÜİB rəhbəri cənab Harald Hauptmannın tarix elmi, xüsusilə də Türkiyənın tarixinin araşdırılması, mühüm tapıntılar və onların dünyaya çatdırıliması sahəsindəki xidmətlərinə görə onun ailəsinə minnətdarlığını bildirib.
Xatırladaq ki, Professor Harald Hauptmann Türkiyə, ümumiyyətlə Şərq ölkələri tarixinin ən məşhur araşdırmaçılarından olan böyük alimlərdən biri sayılır. O, Türkiyənin Şanlı Urfadakı erkən neolit dövrünə aid (e.ə. IX minillik) Nevalı Çori və Elazığ bölgəsindəki eneolit-tunc- erkən dəmir dövrünə aid Norşuntəpə Höyüğü məskənini tədqiq edən ekspedisiyaların rəhbəri olub, Pakistanın şimal bölgəsində aparılan arxeoloji tədqiqatlara başçılıq edib. Qeyd edib ki, alimin Anadolu, Yaxın Şərq, Pakistan, Balkan və Yunanıstanın qədim arxeologiyası üzrə monoqrafiyaları müasir arxeologiya elminin əsaslarını təşkil edir.
Tuebingen, Saarbruecken ve Heidelberg kimi prestijli üniversitetlərdə təhsil alan, HeidelbergÜniversitetinin Ordinarius Professorluğunu və Heidelberg Üniversitetinin Fəxri Professorluq adlarına nail olub.
H.Hauptmann Heydelberq Universitetinin professoru, Heydelberq Akademiyasının, Serbiya Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvü idi.
Harald Hauptmann “Türkiyəvə Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi”nin (TÜİB) və TÜİB başkaı Hüseyin Büyükfıratın dəvəti ilə 25 Fevral – 3 Mart 2018 tarixləri arasında Azərbaycanda da səfərdə olub.
Türkiyənin Azərbaycandakı Səfirliyinin böyük dəstəyi və köməyi sayəsində baş tutan səfər zamanı məşhur arxeoloq Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoralla, eləcə də Elmlər Akademiyasında və ADA Universitetində görüşlər keçirib. Harald Hauptmann Qobustan və Qubaya səfər edib, həmçinin onun Arxeoloji muzeyə və Şirvanşahlar sarayına da gəzintisi təşkil olunub.
Səfər təəssüratlarını «İş Dünyamız» dərgisi ilə bölüşən məşhur alim ölkəmizin tarixi və inkişafı ilə tanış olaraq yüksək qiymətləndirmişdi.
Onun aşğıdakı nailiyyətləri və təltifləri mövcuddur:
Türkiyə Boğazköy-Hattusadakı qazıntılar: Yarıkkaya
Keban Layihəsi: Norşuntəpə Körtəpə Yəməndəki Arxeoloji və Müzeylər üçün UNESCO məsləhətləri
Aşağı Fırat Nehri Layihəsi Lidar-Höyük qazıntıları (Titriş Höyük-Ölükənd Şanlıurfa Göbəkli təpə çevrəsi Almaniya Arxeoloji Araşdırma şöbəsi
Pakistan-Almaniya, Şimali Pakistan ərazisində tədqiqat işində liderlik
Arxeoloji Baltistan (Pakistan) Gerda Henkel İnstitutunun tarixi üçün çox vacib olan qazıntılardavəzifələr, Almaniya Berlin Arxeologiya İnstitutu,
Heidelberg Elmi və Humanitar Elmləri, Avstriya Arxeologiya İnstitutu, Vyana Elmlər və İncəsənət Akademiyası, Beograd Rumıniya Antik Trakya İnstitutu, Bükreş Türk Antik Elmləri İnstitutu, İstanbul-Almaniya Elm və Sənət Akademiyası, Münxen fəxri üzvlüyü olan
Almaniya Federativ Respublikasının Yüksək Xidmət Medalı (1998) Böyük Südet Alman MədəniyyətMükafatı (2002)
Fransa Universitetinin Sərəncamı
Pakistan İslam Respublikasının üstün xidmət mükafatı (2009).
Allah rəhmət eləsin!