TUİB Şəhidlər və Fəxri Xiyabanı ziyarət etdi – FOTOLAR,VİDEO

Bu gün Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) Fəxri Xiyabanı ziyarət edib.

Yenicag.az xəbər verir ki, TÜİB üzvləri ilk öncə Ümummilli lider, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin məzarını ziyarət edib, onun xatirəsini ehtiramla anıblar.

Daha sonra iş adamları oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Ardınca TÜİB üzvləri Bakı Türk Şəhidliyində olublar. Bundan sonra Şəhidlər Xiyabanını ziyarət edən iş adamları Azərbaycanın bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızı ehtiramla anıblar.

TÜİB sədri Hüseyin Büyükfırat Yenicag.az-a açıqlamasında bunları söyləyib:

“TÜİB olaraq keçən şənbə günü iclas keçirdik. Bu gün isə yeni idarə heyətimizlə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdik. Sağ tərəfimizdə təxminən 100 il bundan bundan öncə Osmanlı dövründə bu torpaqlara gələrək vətəni, milləti müdafiə edərkən şəhid olanların abidəsi var. Onların ruhlarına Fatihə oxuduq. Allah onların hər birinə rəhmət etsin. Bu müqəddəs məkanda bir sədr kimi söz verirəm ki, TÜİB cənab İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın qurmuş olduğu dostluq əlaqalərinin inkişafında yaxından iştirak edəcək.”