!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TÜİB: "Şuşada Türkiyə-Azərbaycan qardaşlığının rəmzi və düşmənə gözdağı olan əzəmətli abidə ucaldacağıq!"

!Reklam – Yazi

Ermənistan Silahlı Qüvvələri iyul ayının 12-də Tovuz rayonu istiqamətində təxribat törədib, dövlət sərhədini pozub və dinc əhalini artileriya atəşinə tutub.

Yenicag.az xəbər verir ki, erməni tərəfinin təxribatları barədə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi bəyanat yayıb.

Bəyanatda deyilir:

“Dəyərli dostlar, dünya birliyi tərəfindən təcavüzkar dövlət kimi ad çıxarmış Ermənistanın dost və qardaş Azərbaycana xain saldırısı bütün TÜİB ailəsini dərindən hiddətləndirib.

Təkcə Azərbaycanın yox, eyni zamanda regionun sülh vəəmin-amanlığını təhlükəyə atan, beynəlxalq hüququnun bütün norma və prinsiplərinə zidd olduğu şübhə doğurmayan, provakativ, insan tələfatı ilə nəticələnən bu cür əməlləri şiddətlə qınayırıq.

Bildirmək istəyirik ki, istər iş adamları birliyi olaraq, istərsə də fərd olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq tapşırıqlarını gözləyirik və yerinə yetirməyə hazırıq. Türkiyə və Azərbaycan Prezidentləri arasındakı xalqlarımızın ruhuna uyğun səmimi dostluq, qardaşlıq və qarşılıqlı təəssübkeşlik münasibətlərinə hər cür töhfə vermək bizim üçün şərəfdir.

Əhd edirik, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra Şuşada Türkiyə-Azərbaycan qardaşlığının rəmzi və düşmənə gözdağı olan əzəmətli abidə ucaldacağıq! İnşallah o gün uzaqda deyil. Vətənimizi qoruyarkən şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Zəfər bizimlə olsun!

Hörmətlə,
Hüseyin Büyükfırat
TÜİB İdarə Heyəti”

www.yenicag.az

714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv