!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tükənməz sərvət, qalmaqallar, reputasiya qorxusu: Ən varlı 5 iş adamı – ARAŞDIRMA/FOTOLAR

!Reklam – Yazi

Milyardlarla sərvəti olan iş adamlarının həyatındakı qalmaqallar daim ajiotaja səbəb olur. Sakit həyat tərzi keçirən, söz-söhbətdən uzaq olan oliqarxların sayı demək olar ki, yox dərəcəsindədir. Aydın məsələdir ki, onlar hazırkı statuslarına çatmaq üçün ağır sınaqlardan keçib. Buna görə də reputasiyalarını qorumaq üçün hər addıma əl ata bilərlər.

Statistikalara görə, dünyanın ən varlı şəxsləri kimlərdir? Onlar hansı skandallarla dəfələrlə gündəm mövzusu olub?

Yenicag.az dünyanın ən varlı 5 iş adamının siyahısını təqdim edir.

Ötən ilə qədər “Forbes” jurnalına görə ən çox sərvətə malik olan insan İlonMask olsa da, hal-hazırda Bernard Arnault onu üstələyib. “Louis Vuitton”un rəhbəri olan B. Arnaultun hazırkı sərvəti 212.4 milyard dollardır. Arnault media mühitində “yekəxana” hərəkətləri ilə tanınır. Jurnalistlər həmişə ondan açıqlama alarkən müxtəlif çətinliklərlə üzləşib.

Teslanın təsisçisi və baş icraçı direktoru İlon Mask Arnaultdan sonra ikinci ən varlı iş adamıdır. Onun sərvəti 186,9 milyard dollardır. Bundan əlavə, Mask qalmaqallı açıqlamaları ilə ən çox gündəmə gələn iş adamlarından biridir. O, davamlı olaraq öz “Twitter” hesabında müəmmalı statuslar paylaşır. Hətta son günlərdə də şirkətdən minlərlə işçini çıxardaraq tənqid obyektinə çevrilib.

115.4 milyard dollar sərvəti ilə Ceff Bezos üçüncü yerdədir. Amazonun yaradıcısı olan iş adamı keçmiş xanımı Makenzi Skott ilə bağlı olan məsələlərdə xeyli gündəmə gəlib. Belə ki, onların həm şəxsi krizləri həm də məhkəmə qalmaqalları aylarla mediada müzakirə olunub.

“Oracle corporation”un rəhbəri Larri Ellisin sərvəti isə 111.1 milyard dollardır. O, dünyanın dördüncü ən varlı iş adamıdır. L. Ellison Amerikanın sabiq prezidenti Donald Trampla bağlı olan paylaşımları ilə müzakirə mövzusuna çevrilib. Ümumiyyətlə, o biznes mühitinin söz-söhbətdən uzaq olan simalarındandır. Amma ara-sıra da olsa, o, sosial şəbəkə hesablarında qəribə statuslar paylaşır.

Dünyanın ən varlı insanları sırasında 5-ci yer olan Uorren Baffetin sərvəti 107.1 milyard dollardır. Baffet “Berkshire Hathaway” şirkətinin rəhbəridir. Qeyd edək ki, o mediada ən çox qalmaqal yaradan insanlardan biridir.  Belə ki, o, dəfələrlə anti-inhisar ittihamlarına tuş gəlib. Eyni zamanda Uorrenin işçi heyətinin kobud olması barədə də xeyli sayda şikayətlər edilib.

Şahanə Paşa

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv