Tükürpədən ailə qətliamı: Ata 4 övladını güllələyib, intihara cəhd etdi – FOTO

İzmirin Bornova rayonunda 45 yaşlı Vesih Şimşək 4 uşağını tapança ilə vuraraq intihara cəhd edib. Hadisədə Cemre, Ceylin və Nira Şimşək həyatını itirib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Psixoloji problemləri olduğu öyrənilən Vesih Şimşək övladları Hiranur, Cemre, Ceylin və Nira Şimşəkləri öz zeytun bağına gətirib. Burada o, naməlum səbəbdən yanında olan silahla dörd uşağını dəfələrlə güllələyib.

Uşaqlar bədənlərinin müxtəlif nahiyələrindən aldığı güllə yaralarından yerə yıxılıblar. Daha sonra Şimşək qohumuna zəng edərək, onların yerini deyib, uşaqlarını vurduğunu, özünün də intihar edəcəyini bildirib və eyni silahla intihara cəhd edib.

Hadisə yerinə təcili tibbi yardım və polis qrupları sövq edilib. Tibb qrupları Cemre, Ceylin və Niranın öldüyünü müəyyən edib. Ağır yaralanan Hiranur və Vesih Şimşək təcili yardımla xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

İsmayıl Bakuvi

COP29