Tükürpədici hadisə: “Ana” 2 günlük körpəsini öldürdü daha sonra…

Türkiyədə nikahdankənar münasibətdən dünyaya gələn 2 günlük körpə qızını öldürüb fındıq bağında basdıran qadın məhkəməyə çıxıb.

Yenicag.az xəbər verir ki, bu qanlı cinayət 2022-ci ilin sentyabrında baş verib.

27 yaşlı Bilge Çapa nikahdankənar münasibətdən dünyaya gələn 2 günlük körpə qızını öldürüb fındıq bağında basdırmaq ittihamı ilə saxlanıldığı işdə hakim qarşısına çıxıb.

“İstifadə etdiyim dərmanlara görə bəzi hadisələri xatırlamıram” deyən Çapa özünü belə müdafiə edib:

“Həmin gün körpə ilə xəstəxanadan çıxandan sonra evdə heç kim yox idi. Axşam yatdım. Ertəsi gün yuxudan oyandım, Uşaq ölmüşdü. Çox qorxduğum üçün meyiti gizlətmək qərarına gəldim”./yenisabah