TÜKÜRPƏDİCİ HADİSƏ! Ana 20 min manata oğlunun ölümünü SİFARİŞ ETDİ

Rusiyada yaşlı qadın bir mənzilə görə oğlunun öldürülməsini sifariş edib. 1 milyon rubla (təxm. 20 min man) sifariş edib.

Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskva şəhərinin 68 yaşlı sakini 42 yaşlı oğlunun öldürülməsini istəyib.
Ana və oğul yığılmış pula və qadının yaşadığı mənzilə görə dava ediblər. Təqaüdçü bu məsələni həll etmək qərarına gəlib.
O, ona kömək etmək üçün  52 yaşlı rəfiqəsini işə cəlb edib.

Qadınlar birlikdə “nankor” oğlu öldürmək üçün “killer” axtarıblar. İşin mükafatı 1 milyon rubl (təxm. 20 min man) təşkil edib.
“Killer” bu şərtlərlə razılaşıb, amma onları aldadaraq polisə müraciət edib.
Polislər qətli səhnələşdirib, “cəsədin” fotolarını çəkib müştəriyə göndəriblər.

Ana və onun rəfiqəsi pulu şərikə təhvil verərkən saxlanılıb.
Faktla bağlı “Öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb.
Qadınları on il həbs gözləyir.

Xuraman Etibarlı

COP29