!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TUMİB Mətbuat Günü münasibətilə jurnalistləri təbrik etdi

!Reklam – Yazi

“Azərbaycan mətbuatı zəngin ənənələr üzərində bərqərar olub. Əsası böyük mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımız bu gün də özünün təməl prinsiplərinə sadiqdir”.

Yenicag.Az xəbər verir ki, bu fikirlər “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin 22 iyul Milli Mətbuat Günü münasibətilə ölkə jurnalistlərinə ünvanladığı təbrik məktubunda yer alıb.

Məktubda daha sonra deyilir:

“Mətbuat zamanın aynasıdır. Hər bir cəmiyyət qazandığı uğurlara görə həm də mətbuata borcludur. Əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı Azərbaycan cəmiyyətinin həyatında müstəsna rol oynayır. Hüquqi dövlət quruculuğu prosesində milli mətbuatımızın danılmaz rolu vardır. Biz bu missiyanın gələcəkdə də uğurla davam etdiriləcəyinə inanırıq”.

TUMİB-in ölkə jurnalistlərinə ünvanladığı məktubda mətbuata dövlət qayğısı müsbət qiymətləndirilir, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanır: “Milli Mətbuat günü ərəfəsində Bakının Səbail rayonu ərazisində jurnalistlər üçün 255 mənzillik binanın istifadəyə verilməsi mətbuata dövlət qayğısının bariz nümunəsidir.

İnanırıq ki, Azərbaycan mətbuatı bundan sonra da dövlət qayğısı ilə əhatə olunacaq, KİV-in inkişafı üçün daha münbit şərait yaradılacaq. TUMİB 22 iyul Milli Mətbuat günü münasibətilə ölkə jurnalistlərini ürəkdən təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayır”.

Yenicag.Az

www.yenicag.az

1046
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv