!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tunay həmkarını söydü: “Biri bu düdüyə desin ki ...” - QALMAQAL

!Reklam – Yazi

Aktyor İslam Mehrəliyevin sosial şəbəkədə məşhurların paylaşımlarına yazılan tənqidi fikirləri birmənalı qarşılanmayıb.

Qeyd edək ki, aktyor “Səhər-səhər” verilişində belə deyib:

“Demirəm ki, məni hamı bəyənə bilər. Çəkildiyim filmdən nəsə paylaşılıb, altında da bir xanım yazır ki, “Bu nədir? Azərbaycan kişisinə yaraşmaz. Yekə kişisən, əyninə nə geyinmisən”. Girib həmin xanımın səhifəsinə baxıram… Əgər sən Azərbaycan kişisindən danışırsansa, sənin ərin necə kişidir ki, xanımına internetə girib, hansısa oğlana şərh yazmağa icazə verir?”.

Yenicag.az-a açıqlama verən aktrisa Tunay Əliyeva onun fikirlərinə sərt reaksiya bildirib:

“Biri bu düdüyə desin ki, şərh yazmaq əxlaqsızlıq deyil. Bir qadın sosial şəbəkədə öz fikrini bildirirsə, bu, əxlaqsızlıqdırmı?

Mən yüzlərlə elə cütlük tanıyıram ki, ailəlikcə sosial şəbəkədən istifadə edir və hər hansı məsələ barədə fikirlərini bildirirlər. Bu, əxlaqsızlıqdırmı? Absurd fikirdir. İslamdır, kimdir bilmirəm, gündə biri efirə çıxaraq, “aktyoram” deyib və milləti təhqir etməsin. Hamı məsləhətverən olub. Sən get öz arvadının, ananın, bacının dərdini çək və onlarla maraqlan. Sən ümumiyyətlə, kimsən ki, Azərbaycan kişilərinə arvadlarıyla necə davranmağı öyrədirsən?! Çox keçməz ki, o kişilər səni özləri yaxşı başa salarlar. Tərbiyəsiz. Mən sosial şəbəkədən istifadə edən 100 nəfər ərli xanımların imzası ilə İslam adlı aktyoru şərəf və ləyaqətimizi təhqir etdiyi üçün məhkəməyə verəcəm.”.

Cəvahir

www.yenicag.az

9117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv