Aktyor İslam Mehrəliyevlə həmkarı Tunay Əliyeva arasında qalmaqal getdikcə böyüyür.
İslamın qarşı tərəfin ünvanına səsləndirdiyi “Ona yaxşı Azərbaycan kişisi lazımdır ki, ipini yığsın” ittihamı Tunayı özündən çıxardıb.
Yenicag.az-a acıqlama verən aktrisa ürəyini boşaldıb:
“Əziz, hörmətli klounumuz və təlxəyimiz İslam. Birinci ondan başlayıram ki, sənin kimi bir təlxəyimiz olduğunu bilmirdim. Təsadüfən qarşıma sənin hansısa verilişdə dediyin sözlər çıxdı. Sosial şəbəkədən istifadə edən Azərbaycan xanımlarını təhqir edirdin. Hələ üstəlik, Azərbaycan kişilərinə “təlxək” də deyirdin. Mən Azərbaycanıma, vətənimə, millətimə bağlı insanam. Sənin cavabını başa düşəcəyin dildə verdim. Yoxsa ki, mənim həyat tərzim, leksikonum çox fərqlidir.
İkincisi, mən sənin təlxək olduğunu o verilişdən anlamışdım. Amma sənin mənliyinin olmadığını o verdiyin cavabdan anladım. Dediyin sözlərin arxasında dura bilmirsən, başqa yerlərə yozursan. Əslində bu, özünü qorumadır. Belə olması məni sevindirdi. Ən azından yekəbaşlıq etdiyini anlayaraq peşmansan. Üçüncüsü, məni tanımadığını deyirsən, guya özümü səninlə reklam edirəm. Əziz və hörmətli təlxəyimiz İslam, mənim reklama ehtiyacım yoxdur. 12 ildir televiziya sahəsində təcrübəm var.
Müxtəlif dövlət məmurları ilə veriliş aparanda sən hardaydın? Filmlərdə baş rollarda oynayanda sən yəqin ki, hansısa operatorun çantasını daşıyırdın. Hörmətli təlxək, mən hüquq fakültəsini bitirmişəm. İndi İstanbulda təhsilimi davam etdirirəm. Türkiyənin əfsanəsi Ayla Alqan, Türkan Şoraydan aktyorluq dərsləri alıram. Səbrli ol, türk dizilərindən tanıyacaqsan məni. Mən peşəkaram, sən amotorsan. Sən Sokrati, Aristoteli, Stanislavskini, Dostayevskini, Erik Morisi, Hoteni, Baxı tanımadığından əminəm. Sən Çingiz Abdullayevi Çingiz Aytmatovla səhv salan insansan.
Amma onları tanımamağın qətiyyən nüfuzuna xələl gətirmir. Mənə deyirsən ki, ipimi yığan Azərbaycan kişisi lazımdır. Mən məgər it-zadam ipimi yığsınlar? İt sənin özünsən. Çox keçməz sənin ipini yığarlar, səbrli ol”.
Cəvahir