Tunisdə prezident seçkiləri başa çatdı

Tunisdə növbədənkənar perzident seçkilərinin birinci turu başa çatıb.

Yenicag.az xəbər verir ki, bunu Seçkilər üzrə Ali Müstəqil Komissiyanın rəhbəri Nabil Baffun mətbuat konfransında deyib.

Onun sözlərinə görə, birinci turda saat 20:00 (GMT+4) üçün seçicilərin aktivliyi 35 faiz təşkil edib.

Məlumata əsasən, seçkilərin nəticələri qanuna uyğun olaraq 3 gün ərzində bəyan edilməlidir.

Qeyd edək ki, Tunisin prezidenti postuna 24 nəfər namizədliyini irəli sürüb./Trend/

COP29