Tunisdə yeni etiraz dalğaları – “Qırmızı jiletlilər” aksiyalara başladı

Tunisdə “Qırmızı jiletlilər” hərəkatı başlayıb.

Yenicag.az xəbər verir ki,  etirazçılar ölkə hökumətinə öz tələblərini çatdırıb.

Hərəkatın üzvləri Tunis paytaxtında toplanaraq 22 maddədən ibarət tələblərini səsləndirib.

Tələblər əhalinin rifah səviyyəsinin yüksəldilməsi, səhiyyə, təhsil və ictimai nəqliyyat sahələrində islahatlar, pensiya və əmək haqlarının artırılmasından ibarətdir.