Tunisdə yeni prezident seçildi

Tunisdə keçirilmiş prezident seçkilərinin ikinci turunun rəsmi nəticələri açıqlanıb.

Yenicag.az-ın xəbərinə görə, müstəqil namizəd Kais Səid 72,7 faiz səs yığaraq Tunisin yeni prezidenti seçilib.

İkinci turda onun rəqibi media maqnatı Nəbil Karui olsa da, qələbə K.Səidin olub.

Qeyd edək ki, yeni prezident seçki kampaniyasını mitinqlər keçirərək yox, seçicilərlə əsasən kafe və restoranlarda, eləcə də sosial şəbəkələr vasitəsilə görüşərək edib.