Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra da aktrisalığa başlayacaq.
Yenicag.az istinadən xəbər verir ki, bu barədə onun rəfiqəsi, Əməkdar artist Dilarə Əliyeva “7 canlı” verilişində məlumat verib. O bildirib ki, Ülviyyə Əliyeva artıq Zəhranı teatra aparıb:
“Tünzalə zəhmətkeş, həyatsevər idi. İnanmıram ki, nə vaxtsa belə hərtərəfli, böyük ürəkli, sənəti böyük aktrisa gələcək. Gəlsə, onun qızı Zəhra ola bilər. Çox istedadlıdır. Onun ruhu bütünlüklə qızına hopub. Ülviyyə Kukla Teatrı ilə danışıb, atası ora aparır. Mənə səsli mesaj göndərib. Deyir, Dilarə, anam kimi tamaşa oynayacam, teatrda olacam.
Onun başqa çıxış yolu yoxdur. O, teatrda olanda, anasının səhnələrindən danışanda gözündəki xoşbəxtliyi görün. Çox istedadlı qızdır. Hesab edirəm ki, qızını zamanla bu günə hazırlayıb. Uşaq da hiss etməyib. Ona görə güclüdür. Biz imkan olduqca yanında olacağıq. Çünki doğrudan da istedadlıdır. Bunu yalnız Tünzalənin qızı olduğu üçün etmirik. O qədər xoşbəxt yaşayacaq ki, Tünzalənin də ruhu şad olacaq”.