Tünzalənin arzusunu reallaşdırdılar

Mərhum aktrisa Tünzalə Əliyevanın qızı Zəhra Həcc ziyarətinə gedib.

Yenicag.az OLAY-a istinadən xəbər verir ki. bu barədə aktrisanın həyat yoldaşı Royal İnstaqram hesabında video paylaşıb.

O, paylaşımda bu sözləri qeyd edib:

“Biz söz vermişdik ki, üçümüz Həccə gedəcəyik. Amma qismət olmadı. Biz getdik, qəlbimizdə səninlə getdik. Daim əlimdən tutduğun kimi təsəvvür etdik. Qızımız gənc yaşında “Həci xanım” oldu. Səni hər zaman sevdim, sevəcəyəm də. Mənim nur üzlü həyat yoldaşım. Bizi o gözəl torpaqlara getməkdə dəstək olan hər kəsə minnətdarıq”.

Qeyd edək ki, Əməkdar artist Tünzalə Əliyeva yanvarın 22-i dünyasını dəyişib.

2f5ca45b220346d29735762dc3ab6970