Tünzalənin prodüseri Nura Surinin cavabını verdi: “Paxıllıqdan…” – QALMAQAL

Əməkdar artist Tünzalə Ağayeva ilə həmkarı Nura Suri arasında qalmaqal yaşanmasa yaxşıdır. Belə ki, Nura həmkarını eqoistlikdə ittiham edib:

“Elə şey var ki, onu qəbul etmirsən. Sənin səsin məndən güclü ola bilər. Sən fəxri adlı, mən isə adi müğənniyəm. Yaş fərqimiz böyük deyil ki, mənə nəsə yol göstərəsən. İnsan özünü hamıdan üstün görür, yəqin deputat olmağa çalışır”.

Yenicag.az-a açıqlama verən əməkdar artistin prodüseri Yalçın Cabbarovun məsələyə münasibəti belə olub:

“Tünzalə elə boş-boş fikirlərə heç reaksiya da vermir. O, bəzilərindən fərqli olaraq, ciddi işlərlə məşğuldur, belə söz-söhbətləri nə eşitmir, nə də oxumur. Çünki onun belə mənasız işlərə vaxtı da yoxdur. Onun haqqında kimisi paxıllıqdan danışır, kimisi də sevgidən”.

Qeyd edək ki, Nura bu sözləri “ATV maqazin 10-larla” verilişinin “Hit-parad” rubrikasının qonağı olarkən deyib.

Cəvahir

COP29