Tünzalənin prodüserindən onu lağa qoyanlara sərt REAKSİYA – VİDEO

Müğənni Xatunun əməkdar artist Tünzalə Ağayevanı parodiya edərək lağa qoymasına qarşı tərəf əhəmiyyət verməyib.

Yenicag.az-a açıqlama verən sənətçinin prodüseri Yalçın Cabbarov T.Ağayevanın qalmaqallardan hər zaman uzaq olduğunu deyib:

“Tünzalə nəinki barəsində danışılan sözlərə, dedi-qodulara reaksiya vermir, ümumiyyətlə, onun belə qalmaqallardan xəbəri olmur. O, yalnız yaradıcılığı ilə məşğuldur. O, qalmaqallarla bağlı sualları da eşitmək istəmir. Belə şeylər onun səviyyəsinə uyğun deyil”.

Qeyd edək ki, Xatun həmkarını ARB-nin “Hüseynova bacıları” verilişində parodiya edib.

Cəvahir