Xalq artisti Tünzalə Ağayevanın paylaşımı birmənalı qarşılanmayıb.
Yenicag.az xəbər verir ki, sənətçi həmkarı Röya Ayxanın doğum günü məclisində çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşıb.
O, fotonu “Ağıllı qız olub, sözlərimə baxsan, axırda duet yazacam” şərhi ilə təqdim edib. Onun zarafatla yazdığı ifadə sosial şəbəkə izləyicilərin qəzəbinə tuş gəlib.
Röyanın fanatları dərhal Tünzaləyə irad tutaraq bu sözlərin yazılmasına qarşı çıxıblar.
Bu sözlərin sarkazm formasında yazıldığını, buna ehtiyac duyulmadığını bildirərək Tünzaləyə etirazlarını bildiriblər:
“Röyanın ağlına nə olub ki? Röyaya heç kim çata bilməz…”
Fotonu təqdim edirik:
Nehru