Tünzalənin sinə dekoltesi TƏNQİD OLUNDU: “Heç sənə yaraşdırmadıq” – FOTO

Xalq artisti Tünzalə Ağayevanın növbəti paylaşımı sosial şəbəkə izləyiciləri tərəfindən müzakirələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, sənətçi “Instagram” hesabında dərin sinə dekoltesində çəkdirdiyi fotosunu paylaşıb.

O, fotonu “İstəklərimin gerçək olması üçün öncə onları dəqiq şəkildə, mümkün qədər tam detalları ilə beynimdə, təsəvvürümdə görürəm, gerçək kimi hiss edirəm və artıq olmuş kimi yaşayıram. İnanın, həmin arzum mütləq gerçək olub. Əsas inanın, içdən istəyin, onu hiss edin, onu reallaşdırmaq yolunda əzmli olun – olacaq. Allah Böyükdür” şərhi ilə təqdim edib.

İzləyicilər ona münasibətdə iki hissəyə ayrılıblar. Bir qrup izləyici onun görünüşünə təriflər yağdırsa da, digər qrup insan bu dəfə də onun geyiminə irad tutub. Bu açıq-saçıq libası və son zamanlar istifadə etdiyi yeni tərzi ona yaraşdırmadıqlarını bildiriblər.

Fotonu təqdim edirik:

Nehru