“Beşiktaş”ın futbolçusu Cenk Tosunun “Everton”a keçməsi ilə Türkiyə futbolu tarixinin ən bahalı transferi reallaşıb.
Türkiyə millisinin üzvünü keçidi üçün ingilislər İstanbul təmsilçisinə 27 milyon funt-sterlinq ödəyib, futbolçu ilə isə 5 illik sözləşmə imzalayıb.
Yenicag.az İngiltərədə çıxış etmiş türk futbolçuları təqdim edir:
Tuncay Şanlı Tuncay Şanlı – “Midlsbro” (2007-2009) və “Stok Siti”(2009-2011)
Hakan Ünsal – “Blekbern” (2001-2002)
Yıldıray Baştürk – “Blekbern” (2009-2010)
Alpay Özalan – “Aston Villa” (2000-2004)
Tuqay Kerimoğlu – “Blekbern” (2001-2009)
Hakan Şükür (2002-2003)
Emre Belözoğlu – “Nyukasl” (2005-2008)
Nuri Şahin – “Liverpul” (2012-2013)
Bülent Akın – “Blekbern” – (2002-2003)
Uğur Yıldırım – “Blekbern” (2008-2009)
Türk əsilli futbolçular:
Mesut Özil – “Arsenal” (2013 – )
Emre Can – “Liverpul” (2014 – )
Cem Paul Karacan – “Ridinq” (2012-2013), “Bornmut” (2007 – 2008), “Milluoll” (2008-2009)
Kerim Fray – “Fulhem”(2011 – 2013), “Kardiff” (2012), “Birmingem” ( 2017)
Mustafa İzzet – “Lester” (1996-2004) və “Birmingem” (2004-2006)
Hazırladı: Emin