Azərbaycanın daha bir sərbəst güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Yenicag.az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov (74 kiloqram) 1/8 finalda albaniyalı Çermen Vəliyevi sınağa çəkib.
Güləşçimiz ilk hissədən sonra hesabda öndə olsa da, ikinci hissədə üstünlüyü əldən verərək məğlub olub – 3:4.