“Turan Tovuz” iki futbolçusu ilə müqavilənin müddətini uzatdı

“Turan Tovuz” iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Klubdan Yenicag.az-a verilən məlumata görə, müdafiəçilər Tərlan Quliyev və Sadiq Quliyev ilə 1 illik yeni sözləşmə imzalanıb.

Oyunçular 2023/2024 mövsümünün sonunadək əyalət təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, hər iki futbolçu “Turan Tovuz”a ötən ilin yayında keçib.