“Turan Tovuz” növbəti transferini açıqladı

“Turan Tovuz” klubu növbəti transferini açıqlayıb.

Tovuz təmsilçisindən Yenicag.az-a verilən məlumata görə, braziliyalı futbolçu Bruno Qonsalveş Du Prado ilə 1 illik rəsmi müqavilə imzalanıb.

27 yaşlı oyunçunun son klubu Portuqaliya “Leişoeş”i olub. O, daha öncə “Aruka” (Portuqaliya), “Vila-Nova” və “Baiya” (hər ikisi Braziliya) komandalarının da şərəfini qoruyub.